Millimizin iki üzvü Macarıstanda üz-üzə gəldi
- 21 Noy 2022 13:14
- 441
Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən iki üzvü 5-ci tur çərçivəsində qarşı-qarşıya gəliblər.
Hücumçumuz Nikolina Boşnakovanın formasını geyindiyi "Szent Benedek" yığmamızın toppaylayıcısı Şəfaqət Alışanovanın şərəfini qoruduğu "Mav Elore" klubunu qəbul edib. Görüş gərginliyi ilə yadda qalıb. Qarşılaşmaya daha yaxşı başlayan Şəfaqətin komandası 2:0 hesabı ilə irəli keçib. Lakin bundan sonra təşəbbüsə yiyələnən meydan sahibləri ardıcıl iki setdə qalib gəlməklə ümumi hesabl bərabərləşdiriblər və matşın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə Nikolina və rəfiqələri daha dəqiq oynayıblar. Beləliklə, möhtəşəm geridönüş edən Boşnakovanın komandası 3:2 (19:25, 16:25, 26:24, 25:23, 15:9) hesablı qələbə qazanıb.
Maraqlı mübarizədə keçən görüşdə Boşnakova əvəzləmə ilə oynayıb. O, meydanda olduğu müddətdə 5 dəfə hücumda, 1 dəfə blokda olmaqla ümumilikdə 6 dəfə fərqlənib. Alışanova isə bu qarşılaşmada meydana çıxmayıb.