Azərbaycan Karate Federasiyasının 14-15 yaşlı yeniyetmələrdən ibarət yığma komandasının üzvləri Vüsal Qənbərov (-52 kq)  və Əliəşrəf Qafarov (-57 kq) karate üzrə (WKF / idman karatesi) 52-ci Avropa çempionatında bürünc medal qazanıblar.


Rekord.az xəbər verir ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.


Azərbaycan millisi bu yarışda 28 nəfərdən ibarət heyətlə təmsil olunur. Bu gün 16-17 yaşlı karateçilərimiz mübarizə aparacaqlar.