17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.


İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.