
Millimizin ikinci sınağı
- 17 Fev 2025 11:11
- 75
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün ikinci oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda İran yığması ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub. Komanda fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.