Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2022 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Rekord.az xəbər verir ki, A Divizionunda yer alan millimizin seçmə mərhələdə keçirəcəyi oyunların təqvimi müəyyənləşib. 

Millimiz iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya komandası ilə üz-üzə gələcək.

Komandamızın seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
 
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Emin Mehdiyev
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynalli
Hüseyn Axundov
Sabir Allahquliyev