Millimizin kapitanı: “Bununla fəxr edirəm”
- 19 Apr 2020 16:30
- 780
Koronavirus pandemiyası ilə mübarizənin əsas qəhrəmanları həkimlər və tibbi personal hesab olunsa da, bu “savaş”ın ön cəbhəsində yer alan digər peşə sahibləri da az deyil.
Rekord.az xəbər verir ki, həmin qəhrəmanlardan biri də futzal üzrə “Baku Fire” klubunun üzvü, çimərlik futbolu üzrə Azərbaycan millisinin kapitanı Asif Zeynalovdu. O, futzal federasiyasının rəsmi saytının suallarını cavablandırıb:
- COVİD-19 pandemiyası ilə əlaqədar bir aydan artıqdı ki futzal üzrə olkə çempionat dayandırılıb. Parketdən kənarda özünü necə hiss edirsən?
- Əlbəttə, hazırkı vəziyyət peşəkar idmançı üçün çətindi. Həm parket, həm də qum üçün darıxmışam. Amma insan sağlamlığı hər şeydən vacibdi. Biz də ilk növbədə özümüzün və ətrafımızın sağlamlığını qorumaq üçün tələblərə riayət etməliyik.
- Formada qalmaq üçün nə edirsən?
- Çalışıram fərdi məşqlərlə formamı qoruyum. Aydın məsələdi ki, kollektiv və zalda hazırlıqla evdə fərdi məşq etmək eyni effekti vermir. Lakin mövcud situasiyadan çıxış yolu tapmalıyıq.
- Baş məsqçiniz evdə hazırlıq keçmək üçün xüsusi məşq planı veribmi?
- Hazırda həm futzal üzrə “Baku Fire” klubunun, həm də çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvüyəm. Çimərlik futbolu üzrə millinin baş məşqçisi Zeynal Zeynalov, eləcə də “Baku Fire” klubun baş məşqçisi Teymur Eyvazov karantin gunlərində evdə məşq etmək üçün proqram veriblər. Fitnes çalışmalarla həm artıq çəki almıram, həm də tonusda qalmağa çalışıram.
- Sən həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi karantin müddətində əksər idmançılardan fərqli olaraq ön cəbhədə mübarizə aparanlardansan...
- Bəli, həm peşəkar idmançıyam, həm də FHN-in əməkdaşıyam. Öz peşəmlə fəxr edirəm, həvəslə işimi icra edirəm. Bu gün dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da COVİD-19 pandemiyasının qarşısının alınması üçün müxtəlif tədbirlər görülür. Hazırkı göstəricilərə diqqət yetirsək, dövlət başçısının vaxtında atdığı düzgün addımlar sayəsində bu gün ölkəmizdə bu virusa yoluxanların sayı azdır. Son günlərdə isə sagalanların göstəricisinin yoluxanları üstələməsi sevindirici məqamdı. Bu çətin günlərdə biz də müəyyən tapşırıqlar almışıq və bütün təhlükəsizlik tədbirlərinə əmək etmək şərti ilə onları maksimum yetirnə yetirməyə çalışırıq. Əlbəttə, çətin məqamlarda xalqıma köməyim dəyirsə, bununla nacaq fərx edə bilərəm.
- İdmançı formasında görməyə alışdığımız Asifin bu gün yeni geyimlərdə xidmət aparması çətin deyil?
- Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm. Bu qürurverici hisslər fonunda xüsusi geyimdə xidmət aparmağın heç bir çətinliyi yoxdu. Əksinə, sevinirik, eyni zamanda məsuliyyətimizi dərk edirik.
- Necə düşünürsən, insanlarımız tələblərə, qadağalara riayət edirlərmi?
- İnsanlar bütün qadağaların, tələblərin onların saglamlığı üçün təyin edildiyini anlamalıdı. Ulu öndərimiz Heydər Əliyevin gözəl kəlamı var: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Biz də bunu dərk edir və bütün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə səsləyirik.
- Həm də çimərlik futbolu üzrə millinin üzvüsən və bu idman növünün mövsümü başlayır. Qum üzərinə çıxmağa nə dərəcədə hazırsan?
- Qeyd etdiyim kimi, millinin baş məşqçisi Zeynal Zeynalov fərdi məşqlərlə bağlı proqram verib. Həmin proqrama uyğun hər gün məşqlərimi edirəm. Karantin rejimi başa çatdıqdan sonra kollektiv məşqlərimizi bərpa edəcəyimizə ümid edirəm.
- Qarşıda hansı yarışlar var?
- Millini əvvəlcə Avropa Liqasının, sonra isə dünya kubokunun seçmə mərhələsinin oyunları gözləyir. Təki bu “müharibə” tezliklə başa çatsın və dünyamız əmin-amanlığa qərq olsun. Qum üzərində mübarizə aparmağa hər zaman hazırıq.