Çimərlik futbolu üzrə Azərbacyan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook” səhifəsində məlumat yayılıb.

37 yaşlı yarımmüdafiəçi Bakı küçələrinin dezinfeksiya olunması işlərində yaxından iştirak edib.

Qeyd edək ki, Zeynalov həm də Fövqəladə Hallar Nazirliyində xilasedici kimi çalışır.