Millimizin kapitanı Macarıstan klubunda qaldı
- 01 May 2024 14:42
- 322
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın növbəti mövsümdə harada çıxış edəcəyi bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz karyerasını yene Macarıstanda davam etdirəcək.
Voleybolçumuz 2024/2025 illər mövsümündə də kapitanı olduğu "Vasas"ın şərəfini qoruyacaq. Son mövsümü ikiqat çempionluqla başa vuran komanda Abduləzimova ilə müqaviləni yeniləməsi ilə bağlı rəsmi məlumat yayıb.
Qeyd edək ki, bu Ayşənin Macarıstanda altıncı mövsümü olacaq. Voleybolçumuz "Vasas"la dəfələrlə ölkə çempionu, ölkə kubokunun sahibi, bir sıra beynəlxalq yarışların qalibi olub. O, həmçinin dəfələrlə fərdi mükafata da layiq görülüb.