Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, millinin məşqçisi Arif Əsədov “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) klubuna qarşı keçirəcəyi ilk oyunu izləyəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Sözügedən qarşılaşma iyulun 7-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.