Azərbaycanın bədii gimnastika yığmasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva 5-7 yaş qrupuna aid gimnastların məşq prosesinə dair ustad dərsləri keçəcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Dərslər oktyabrın 25 və 26-da Milli Gimnastika Arenasında keçiriləcək.