Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kişinyov şəhərində keçiriləcək bu qarşılaşma 1 gün sonra - iyunun 6-da təşkil olunacaq. Bununla bağlı Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əldə olunub.