FİFA iyul ayı üçün milli komandaların reytinq cədvəlini açıqlayıb.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin siyahıdakı mövqeyini dəyişməyib. Yığma komanda 1143 xalla 121-ci sırada qalıb.

Türkiyə millisi də 41-ci pillədəki mövqeyini qoruyub. Qonşu ölkənin komandasının hesabında 1484 xal var.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirir. DÇ-2022-nin finalçısı Fransa millisi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

İlk 10 yer:

Argentina – 1843,73 xal
Fransa – 1843,54
Braziliya – 1828
İngiltərə – 1797
Belçika – 1788
Xorvatiya – 1742
Niderland – 1731
İtaliya – 1726
Portuqaliya – 1718
İspaniya – 1703

AÇ-2024-ün seçmə mərhələsinin F qrupu:

Belçika – 1788
İsveç – 1547
Avstriya – 1528
Estoniya – 1179
Azərbaycan – 1143