![photo](https://www.rekord.az/storage/uploads/5/az-1692431941-aze-nid.jpg)
Millimizin Niderlandla matçı kiprli hakimlərə tapşırıldı
- 20 Avq 2023 15:21
- 292
Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.
Rekord.az xəbər verir ki, sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)