Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı B Divizionunun oyunları davam edir.

Rekord.az xəbər verir ki, C qrupunda qərarlaşmış Azərbaycanın U-20 millisinin qrupdakı ikinci oyunu Ukrayna yığmasına qarşı olacaq.

Bu gün baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da srart veriləcək. Oyun FIBA-nın rəsmi "youtube" hesabından canlı yayımlanacaq.