17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.


Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.


Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.