Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.

Rekord.az xəbər verir ki, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.

30 iyul saat 23:00
İspaniya - Azərbaycan

31 iyul saat 23:30
ABŞ - Azərbaycan

1 avqust saat 14:30
Azərbaycan - Fransa

1 avqust saat 20:30
Almaniya - Azərbaycan

2 avqust saat 11:30
Avstraliya - Azərbaycan

2 avqust saat 19:30
Çin - Azərbaycan

3 avqust saat 19:30
Kanada - Azərbaycan

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə, pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.