21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

Rekord.az xəbər verir ki, noyabrın 12-də Avstriya, 16-da Norveç komandası ilə “Bakcell Arena”da keçiriləcək oyunlar saat 20:00-da başlayacaq.