FIFA tərəfindən ilk dəfə mart ayında Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunların təqvimini nəzərinizə çatdırırıq:

22 mart
 
Bolqarıstan – Tanzaniya
Dalğa Arena. Saat 17:00
 
Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
 
25 mart
 
Tanzaniya – Monqolustan
Dalğa Arena. Saat 17:00
 
Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00