Millimizin oyunlarının vaxtı bəlli oldu
- 30 İyn 2020 13:06
- 1063
Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. "Rekord.az" xəbər verir ki, koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.
Belə ki, qadınlardan ibarət Azərbaycan millisi birbaşa Avro-2021-də mübarizəyə başlayacağından, seçmə mərhələdə kişi voleybolçularımız qüvvəsini sınayacaq.
Komandamız 1-ci dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni isə ayın 14-17-də Monteneqroda keçiriləcək.
Qeyd edək ki, millimiz F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.