Millimizin oyunu belarusla hakimlərə həvalə olundu
- 10 Okt 2020 16:40
- 603
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstana qarşı keçiriləcək səfər oyununun hakim təyinatları açıqlanıb.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 13-də baş tutacaq qarşılaşmanı belaruslu hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Dmitri Dmitriyev olacaq. Ona yan xətt hakimləri qismində Denis Yemelyançikov və Anton İqnatsyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, görüş Qori şəhərindəki Tengiz Burjanadze stadionunda baş tutacaq.