
Millimizin oyununun başlama saatı ilə bağlı yeni açıqlama
- 21 Fev 2025 16:20
- 83
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə “Liv Bona Dea Arena”da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.