Sosial şəbəkədə milli komandamızla bağlı maraqlı video yayılıb.

Rekord.az xəbər verir ki, komandamızda çalışmış Faiq Hüseynovun paylaşdığı video “Avro-96”nın seçmə mərhələsinin 1994-cü ildə Rumıniyaya qarşı səfər oyununda çəkilib.

Bu, millimizin ilk rəsmi matçı olub. Görüşün fasiləsi zamanı, paltardəyişmə otağında lentə alnan videoda o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, futbolçulardan Tərlan Əhmədov, Samir Ələkbərov və Nazim Süleymanov oyunçulardan narazılığını dilə gətirir.