Millimizin Polşa və Çexiya ilə matçlarının vaxtı açıqlandı
- 27 May 2020 19:00
- 606
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.
Oyunların stadionu və başlanma vaxtı hələ məlum deyil.