Millimizin Portuqaliya ilə səfər matçında niderlandlı hakimlər
- 28 Okt 2024 19:40
- 108
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, oktyabrın 29-da Vizela şəhərində baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Şona Şukrulaya Martina Bur və Eşli de Haan kömək edəcəklər. Culia van Es dördüncü hakim, Yohem Kampхheys və Edvin van de Qraf isə VAR hakimi funksiyasını yerinə yetirəcəklər.