Dünən keçirilmiş oyunlarla DÇ-2020-nin əsas seçmə mərhələsinə yekun vurulub. 

Rekord.az xəbər verir ki, bununla da elit-raunda vəsiqə qazanmış komandalar müəyyənləşib. İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıb. 

Elit-raundun püşkü noyabrın 7-də, saat 17:15-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.

1-ci qrup: İspaniya, Finlandiya
2-ci qrup: Sloveniya, Ukrayna
3-cü qrup: AZƏRBAYCAN, Slovakiya
4-cü qrup: İtaliya, Belarus
5-ci qrup: Qazaxıstan, Rumıniya
6-cı qrup: Serbiya, Fransa
7-ci qrup: Rusiya, Xorvatiya
8-ci qrup: Portuqaliya, Çexiya