Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub. "Rekrod.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Türkiyə və Danimarka ilə qarşılaşacaq. 

Voleybolçularımız ilk iki sınaqlarını doğma meydanda keçirəcəklər. Növbəti görüşlərimiz isə səfərdə baş tutacaq.

Qeyd edək ki, yığmamızın ev oyunları Voleybol Mərkəzində təşkil olunacaq və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda baş tutacaq qarşılaşmalar saat 18:00-da start götürəcək.

 

Avropa Çempionatı (kişilər)

Tənsifat mərhələsi

A qrupu 

3 avqust

   Azərbaycan - Danimarka

6 avqust

   Azərbaycan - Türkiyə

17 avqust

   Türkiyə - Azərbaycan

20 avqust

   Danimarka - Azərbaycan