22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin qitə birinciliyindəki rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamızın AVRO-2022-dəki oyunlarının tarixi də müəyyənləşib.
II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosovo, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovo millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosovo ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2022, təsnifat mərhələsi
E qrupu
20 may
   21:00 Azərbaycan - Kosovo
21 may
   21:00 Niderland - Azərbaycan
22 may
   21:00 Slovakiya - Azərbaycan