Azərbaycanın qadın və kişi voleybolçulardan ibarət yığma komandalarının 2020-ci ildə Avropa Liqasında iştirakları təsdiqlənib. "Rekord.az" xəbər verir ki, qadınlardan ibarət millimiz Qızıl Liqada, kişi millimiz isə Gümüş Liqada mübarizə aparacaq.

Son illər Avropa Liqasının formatında dəyişiklik edilib. Belə ki, qitə üzrə reytinqi yüksək olan komandalar Qızıl, digər komandalar isə Gümüş Liqada iştirak edirlər.

Qeyd edək ki, növbəti il yarışlar may-iyun aylarında baş tutacaq.