Avropa Voleybol Konfederasiyasının (CEV) iclasında Azərbaycanın qadın və kişilərdən ibarət yığmalarının Avropa Liqasındakı qrup rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, CEV prezidenti Aleksandr Boriçiçin rəhbərliyi ilə keçirilən iclas videotoplantı şəklində təşkil olunub.

Videotoplantıda Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse prezidenti, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov və Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman iştirak ediblər. İclasda 2022-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Qızıl və Gümüş Avropa Liqalarının təqvimləri müəyyənləşib. Beləliklə dekabrın 7-də keçirilən video konfransda qadınlardan və kişilərdən ibarət yığmalarımızın rəqibləri bəlli olub.

Qızıl Avropa Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin 12 ölkənin (Azərbaycan, Fransa, Rumıniya, İspaniya, Bolqarıstan, Ukrayna, Slovakiya, Xorvatiya, Belarus, Macarıstan, Çexiya, Bosniya və Herseqovina) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Rumıniya, Ukrayna və Macarıstan milliləri ilə C qrupunda qüvvəsini sınayacaq. Reqlamentə görə 3 qrupda 4 komanda ev-səfər sistemi ilə oynayacaq. 6 turun nəticəsinə əsasən qrup qalibləri “Dördlər finalı”na yüksələcək. Bu dövrələr 2022-ci il 25 may-12 iyun tarixlərində olacaq. Həlledici mərhələ isə iyunun 18-19-da Ukraynada baş tutacaq. Əgər ev sahibi birinci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq. Qızıl Avropa Liqasının finalçıları gələn il keçiriləcək FİVB Çelenc Kubokundan iştirak hüququna yiyələnəcək.

Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət milli komandamız isə 7 ölkənin (Azərbaycan, Finlandiya, Macarıstan, Makedoniya, Rumıniya, Albaniya, Bosniya və Herseqovina) iştirak edəcəyi yarışda A qrupunda Macarıstan, Finlandiya millilərinə qarşı mübarizə aparacaq. Millimizin qrup oyunlarını 28 may- 15 iyun tarixlərində ev səfər sistemi ilə oynayacaq. Gümüş Avropa Liqasının final oyunları isə 18-19 iyun tarixlərində Macarıstanda keçiriləcək. Gümüş Avropa Liqasının qalibi olan komanda 2023-cü ildə keçiriləcək Qızıl Avropa Liqasına vəsiqə əldə edəcə