21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda bu gün daha bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, İsveçrə yığması öz meydanında Gürcüstanı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər – 2:1.

İsveçrə yığması bu qələbə sayəsində qrup liderliyini ələ keçirib.

AÇ-nin seçmə mərhələsi
2-ci qrup

11 oktyabr

İsveçrə - Gürcüstan 2:1

Bu oyundan sonra 2-ci qrupda turnir cədvəlindəki vəziyyət belədi:

İsveçrə – 6, Gürcüstan – 6, Fransa – 3, Slovakiya – 3, Lixtenşteyn – 3,  Azərbaycan – 3.