Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiyanın yeni baş məşqçisi Draqan Stoykoviçlə imzalayacağı müqavilənin detalları məlum olub.

Rekord.az xəbər verir ki, Serbiya Futbol İttifaqı 56 yaşlı mütəxəssisə aylıq 50 000 avro məvacib təklif edib.

Həmçinin milli komanda 2022-ci ildə Qətərdə keçiriləcək mundiala vəsiqə qazansa, Stoykoviç əlavə 1 milyon avro mükafat alacaq.

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda yer alıb. Canni De Byazinin başçılıq etdiyi komanda serbiyalılarla ilk matçını martın 30-da Bakıda keçirəcək.