Millimizin rəqibində koronavirus aşkarlandı
- 07 Okt 2020 19:30
- 574
Futbol üzrə UEFA Millətlər Liqasının 3-cü turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyətində koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Futbolçulardan birinin testi müsbət çıxıb. Bundan əlavə, U-21 millisinin bir oyunçusunun da infeksiyaya yoluxduğu bildirilib. Hər iki futbolçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.
Qeyd edək ki, Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.