Millimizin rəqibinin baş məşqçisi istefa verdi
- 31 May 2024 16:32
- 173
Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası bəyanat yayıb.
Mütəxəssisin ailə vəziyyətini əsas gətirərək istefa verdiyi və gələn həftənin əvvəlindən məşqçi seçimlərinə başlanacağı bildirilib.
Adiyev 2022-ci ildən Qazaxıstan millisinə rəhbərlik edirdi. Azərbaycan yığması iyunun 11-də Macarıstanda Qazaxıstanla beynəlxalq yoldaşlıq görüşü keçirəcək.