Millimizin rəqibinin futbolçusunda koronavirus aşkarlandı
- 30 Avq 2021 14:45
- 494
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Serbiya ilə qarşılaşacaq Lüksemburq yığmasında 3 futbolçu heyətdən çıxarılıb.
Rekord.az xəbər verir ki, müdafiəçi Marvin Martins və yarımmüdafiəçilər Kris Filippslə Dioqo Pimentel yığmanın qarşıdakı oyunlarını buraxacaq. Bu barədə Lüksemburq mətbuatı məlumat yayıb.
Martins və Filipps zədə səbəbindən heyətdən çıxarılıb. Pimenteldə isə koronavirus aşkarlanıb.
Heyətə bu futbolçuların əvəzinə “Düdelanj”dan Rikardo Delqado və “Rasinq”dən Duayn Holteri dəvət olunub.
Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanı qəbul edəcək. Oyun saat 22:45-də start götürəcək.