21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Yaroslav Kentoş 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”);

Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Nordsyelland”), Matuş Voytko (“Zemplin”);

Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”);

Hücumçular: Lyubomir Tupta (“Verona”), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”).

Qeyd edək ki, Slokaviya oktyabrın 8-də evdə Azərbaycanla, dörd gün sonra isə səfərdə Fransa ilə qarşılaşacaq. Azərbaycan və Slovakiya yığmaları 2-ci qrupda 6 xalla 4-5-ci yerləri bölüşürlər.