
Millimizin rəqibinin heyəti açıqlandı
- 05 Mar 2025 11:00
- 55
Azərbaycanın futzal millisinin AÇ-2026-nın əsas mərhələsindəki rəqibi Yunanıstanın heyəti açıqlanıb.
Rekord.az Yunanıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqibin baş məşqçisi Yannis Ziavas qarşıdan gələn Xorvatiya və Azərbaycanla matçlara 16 futzalçı dəvət edib.
Millinin düşərgəsində bu futzalçılar yer alıblar: Datis Marios, Aronis Nikolaos, Adamopulos Aleksandros (hamısı AEK), Seati Ensi, Papadopulos Konstantinos, Çaralampopulos Vasileios, Çin Lamproslari, Karidas Dimitrios (hamısı "Dukas"), Zervas Dimitrios, Panu Konstantikos, Papakostas Spiridon, Avlonit Georgios (hamısı "Panatinaikos"), Zompolas Yoannis ("Hermes Zoqrafu"), Tzakidis Vasileios (PAOK), Tanka Leandros ("Salamina"), Darlas Dimitris ("Afina 90").
Yunanıstan - Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada baş tutacaq.