photo

Millimizin rəqibləri bəlli oldu

  • 2019-11-07 19:00
  • 45

Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. 

Rekord.az xəbər verir ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya komandaları ilə qarşılaşacaq. 

Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. 

Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək. 

Qeyd edək ki, C qrupunda yer alan millimizin qrupunda ikinci pilləni tutacaq komanda D qrupunun ikincisi ilə üz-üzə gələcək. B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə gücünü sınayacaq. Qalib komandalar da həlledici mərhələyə yüksələcək.

A qrupu
Portuqaliya
İtaliya
Belarus
Finlandiya

B qrupu
İspaniya
Serbiya
Ukrayna
Fransa

C qrupu
Rusiya
Azərbaycan
Slovakiya
Xorvatiya

D qrupu
Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya

Son xəbərlər