Final mərhələsi 2022-ci ildə İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının bu gün püşkü atılıb.

Rekord.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq komandamız 7-ci qrupda yer alıb.

U-19 növbəti mərhələyə yüksəlmək üçün Xorvatiya, Belarus və Latviya ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il 15-20 mart tarixlərində Xorvatiyada təşkil olunacaq. Yalnız qrup lideri final mərhələsinə vəsiqə qazanacaq.

Yeri gəlmişkən, bu gün Yüksək Liqada iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri üçün seminar keçirilib. Məşqdən əvvəl millinin üzvlərinə futzal hakimləri üzrə koordinator Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.