![photo](https://www.rekord.az/storage/uploads/5/beach-700x460.jpg)
Millimizin rəqibləri müəyyənləşdi
- 30 Avq 2023 19:00
- 296
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.
Rekord.az xəbər verir ki, 19-25 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək oyunlarda millimiz B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.
Oyunların dəqiq tarixləri barədə əlavə məlumat veriləcək.