Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Braziliya futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Rekord.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb. O, Braziliyann ən yaxşı müdafiəçiləri sırasına daxil edilib.

Qeyd edək ki, K.Alberto 2004-2005-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Mütəxəssis 2016-cı ildə 72 yaşında dünyasını dəyişib.