![photo](https://www.rekord.az/storage/uploads/5/f-170.jpg)
Millimizin sabiq forvardından “Sabah”a dəstək
- 17 Avq 2023 18:15
- 276
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq "Sabah" hazırda Belqraddadır.
Rekord.az xəbər verir ki, paytaxt klubunun prezidenti Maqsud Adıgözəlov Belqradda Azərbaycan millisinin keçmiş üzvü Branimir Subaşiçlə görüşüb.
Sabiq hücumçuya "Sabah"ın 10 nömrəli forması hədiyyə edilib.
Subaşiç görüş zamanı “Sabah”a bugünkü oyunda uğurlar arzulayıb.
Serbiya və Azərbaycan klubları arasında Masazırda keçirilmiş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə bitib. Cavab matçı bu gün saat 23:00-da başlayacaq.