AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 15-dək davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Arif Əsədov və Osman Rəhimov rəhbərlik edirlər.

Kurslara Azərbaycan millisinin sabiq futbolçuları Asif Məmmədov, Maksim Medvedev və Ağabala Ramazanov da qatılıblar.

Qeyd edək ki, məşqçi kursunun II mərhələsi 9-12 sentyabr, III mərhələsi 30 sentyabr – 3 oktyabr, IV mərhələsi (imtahan həftəsi) 4-8 noyabr tarixlərində baş tutacaq.