Millimizin sabiq futbolçusu 4-6 həftə komandasından uzaq qalacaq
- 05 Apr 2024 15:47
- 162
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov təxminən 4-6 həftə Almaniyanın “Dinamo” komandasından uzaq qalacaq.
Rekord.az “Kicker”ə istinadən xəbər verir ki, bunu Berlin təmsilçisinin baş məşqçisi Dirk Kunert açıqlayıb.
O bildirib ki, məşqdə zədələnən 32 yaşlı hücumçunun sağalma prosesi sürətli getsə, Regional Liqanın son iki turunda iştirak edə biləcək: “Çarpaz bağın yırtılmaması yaxşı xəbərdir. Dadaşovun zədələnməsi bizim üçün ciddi itkidir. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur”.
Qeyd edək ki, bu mövsüm Almaniya Regional Liqasında 14 qol vuran Rüfət Dadaşov “Dinamo”nun ən məhsuldar futbolçusudur. Onun komandası çempionatda üçüncü pillədə qərarlaşıb (53 xal) və liderdən 3 xal geri qalır.