Millimizin sabiq futbolçusu Türkiyədə klubunu dəyişdi
- 11 İyl 2024 14:20
- 132
Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu 1-ci liqa təmsilçisi "Ümraniyəspor"la müqavilə imzalayıb.
Anlaşmanın detalları haqda ətraflı məlumat verilməyib.
Ekincier 2023/2024 mövsümünü "Şanlıurfaspor"da keçirib. O, meydana çıxdığı 29 oyunda 4 qolla yadda qalıb.