Millimizin sabiq qapıçısı oğlunun danışılmış oyunlarda iştirakına münasibət bildirdi
- 14 Dek 2019 19:00
- 852
"Turan Tovuz"un hücumçusu İlkin Sadıqovun atası Nizami Sadıqov oğlunun danışılmış oyunlarda iştirakına görə futboldan kənarlaşdırılmasına münasibət bildirib.
Rekord.az xəbər verir ki veteran futbolçu sportinfo.az-a açıqlamasında məlum məsələ haqda danışmağın çətin olduğunu söyləyib. O, bunu biabırçılıq adlandırıb:
"Bilirsiz, bu, yaxşı iş deyil. Mən ancaq bunu deyə bilərəm. Heç gözləmədiyimiz bir hadisədir. Uşaqlarla görüşüb danışdıqdan sonra fikir bildirə bilərəm. İndi isə yalnız onu deyə bilərəm ki, bizim adımıza biabırçılıqdır".
İlkinlə bu barədə söhbət etmədiyini deyən Sadıqov indiyə qədər hər hansı şübhəli oyunun şahidi olmadığını vurğulayıb: "İlkinin özü ilə danışmamışam. Rayona qayıdandan sonra söhbətimiz olacaq.
Komanda normal yerdə gedir. Hazırda 3-cü pillədəyik. Səfər oyunlarına getməsəm də, evdəki matçların hamısını izləmişəm. Açığı, belə bir şey hiss etməmişəm. Ümumiyyətlə, bunun olacağını gözləmirdim".
Sadıqov qərardan apellyasiya şikayəti verəcəklərini də istisna etməyib.