Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının sabiq üzvü Polina Rəhimova Braziliya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Sesi" doğma meydanda "Fluminense" klubu ilə üz-üzə gəlib.

Görüş Polina və rəfiqələri üçün uğurlu alınıb. 3 set davam edən matçda "Sesi" quru hesablı qələbəni bayram edib - 3: (25:20, 27:25, 30:28).

Komandasının qələbə qazandığı oyunda Rəhimova 14 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. O, qonaqları 11 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə blokda məyus edib.