
Millimizin sabiq üzvü II Liqa komandasını Premyer Liqa klubundan üstün tutdu
- 24 Fev 2025 11:00
- 286
Millimizin sabiq üzvü Cavid İmamverdiyev "Sabah" klubunun futbol akademiyasındakı işindən ayrılıb.
Rekord.az xəbər verir ki, veteran futbolçu bundan sonra bütün fəaliyyətini II Liqa komandası olan "Hypers Quba"ya yönəldəcək.
Burada həm futbolçu kimi çıxış edəcək, həm də oynayan-məşqçi kimi baş məşqçi Elvin Həsənova kömək edəcək.