Azərbaycan millisinin sabiq üzvü Sərhat Taşdəmir Türkiyənin 2-ci Liqasında oynayacaq.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu "Kırklarelispor" klubu ilə müqavilə bağlayıb.

Karyerasına İngiltərədə başlayan yarımmüdafiəçinin sonuncu iş yeri Türkiyənin "Kocaelispor" klubu olub. O, 2019-cu ildə Azərbaycanın U-19 millisində forma geyinib.