Millimizin sabiq üzvünün “Bursaspor” karyerası 26 gün çəkdi
- 09 Sen 2021 19:00
- 536
Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyədə klubunu dəyişib.
Rekord.az xəbər verir ki, ötən ay “Bursaspor”la müqavilə imzalayan 31 yaşlı müdafiəçi “Ərzurumspor”a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Budakın “Ərzurumspor”la imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Ufuk Budak ötən ayın 13-də “Bursaspor”la bir illik müqavilə imzalamışdı. O, Bursa təmsilçisində sadəcə bir oyuna çıxıb.
“Bursaspor” bu yay “Neftçi”dən Namik Ələskərovu da heyətinə qatıb.