![photo](https://www.rekord.az/storage/uploads/5/u-21-logo.jpg)
Millimizin Serbiya ilə səfər oyununu türklər idarə edəcəklər
- 10 Sen 2023 13:30
- 360
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Rekord.az xəbər verir ki, bu qarşılaşmanı türkiyəli hakimlər idarə edəcəklər.
Qarşılaşma sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.
Baş hakim: Erkan Özdemir
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük (Hakimlər briqadası Türkiyədəndir).